Ən çox ipoteka krediti verən banklar – Siyahı

11:22 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlak sahəsinə ən çox kredit ayıran banklar məlum olub.

ABC.AZ-ın məlumatına görə, bank sektorundakı kredit portfelinin 1 milyard 983 milyon manatı, yəni 13,8%-i ipoteka kreditləridir. 2020-ci ilin 3-cü rübünün nəticələrinə görə, Azərbaycanda ən çox ipoteka krediti verən bank 667 milyon manatla Azərbaycan Beynəlxalq Bankıdır.

Sonrakı yerləri 208 milyon manatlıq ipoteka krediti olan "Kapitalbank", 140,7 milyon manatla "Xalq Bank", 114 milyon manatla "Bank BTB", 109,6 milyon manatla "Muğanbank" tutur.

Müəllif: Elmir Murad