Bu ölkədən Azərbaycana avtomobil ixracı azalıb – 27 faizdən çox

11:33 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,56 faiz azalaraq 84,363 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin oktyabrına nisbətən 60,59 faiz artaraq 8,034 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 20,055 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz azalıb.

 

Bütün xəbərlər