İpoteka və Kredit Zəmanət Fondu bu ərazilərdən mənzillər alacaq – Siyahı

14:46 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Yaxın vaxtlarda İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil fonduna yeni mənzillər əlavə olunacaq.

ABC.AZ-ın Reporta istinadən məlumatına görə, bu barədə Fondun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, yeni mənzillər paytaxtın Nizami rayonunda - Babək prospektində və Binəqədi rayonunda - 9-cu mikrorayonda yerləşən binalardan alınacaq və vətəndaşlara təklif ediləcək.

Hazırda Fondun balansında 983 mənzil var.