Hərbi qulluqçular tərxis olunacaq – Prezidentdən Sərəncam

15:21 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamla Prezidentin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış bir sıra kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

 

Bütün xəbərlər