Bu Fond 50 milyon manatlıq ipoteka istiqrazları satıb

15:40 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Dekabrın 1-də Bakı Fond Birjasında “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin AZ2050008682 ISIN kodlu, 50 milyon manat həcmində, 7920 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

ABC.AZ xəbər verir ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon  manat olub.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 8 avqust 2042-ci ildir.