Azad olunmuş rayonlara marşurutlar təşkil olunacaq

10:59 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. İşğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, sərnişin daşınmasına olan tələbatın təmin edilməsi əsas prioritetlərdəndir.

Bu Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) ABC.AZ-a daxil olan məlumatda öz əksini tapıb.

Məlumatda qeyd olunur ki, işğaldan azad edilən şəhər və rayonlarda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.

Bununla yanaşı Bakı şəhərini və digər şəhərləri, həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi də nəzərdə tutulur.

 

Bütün xəbərlər