Bir həftəyə 4 milyon yoluxma qeydə alınır – ÜST həyəcan təbili çalır

11:16 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər həftə dünyada koronavirusa 4 milyona yaxın insanın yoluxduğunu  açıqlayıb.

ABC.AZ xəbər verir ki, təkcə son həftədə dünyada ümumilikdə 3 milyon 935 min 330 koronavirusa yoluxub.

Bununla yanaşı ÜST, son zamanlarda görülən cüzi azalmaya baxmayaraq qlobal infeksiya nisbətinin yüksək olduğunu və ölüm hallarının da artmaqda olduğunu bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər