Azərbaycanda vaksinasiya nə vaxt başlayacaq? – Professordan cavab

15:03 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün ölkədə koronavirusun yayılma durumu ilə bağlı brifinq keçirilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov vaksinasiya məsələsinə toxunub.

O qeyd edib ki, yaxın aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Onun sözlərinə görə, Azərbaycan dövləti ən zərərsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq yekunlaşdırıb: "Vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Gəlin səhiyyə sistemimizi yükləməyək. Bilirsiniz ki, xəstəxanalarda yaralı əsgərlərimiz müalicə alır. Biz özümüzü qorumaqla həmin əsgərləri də qorumuş olarıq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər