İnsanlar koronavirusla bağlı hələ də kifayət qədər məlumatlı deyillər – Professor

15:42 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Ev şəraitində müalicə olunanlar  infeksiya mənbələridir. Təcrid olunmalıdırlar, əks halda ailədaxili yoluxanların sayı artır.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.

O bildirib ki, vətəndaşlar bu xəstəlik haqda hələ də kifayət qədər məlumatlı deyillər: “Bir çox şəxs soyuqlama halı olan kimi dərhal xəstəxanaya müraciət edir. Gedib ağciyərlərini müayinədən keçirir. Müayinə zamanı məlum olur ki ciyərlərində heç nə yoxdur. O zaman həmin şəxs arxayınlaşır".

 

Bütün xəbərlər