Şuşaya çəkilən yola xarici şirkətlər də cəlb olunub - Foto

16:15 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Şuşaya çəkilən yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb.

Qeyd edək ki, yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.


Bütün xəbərlər