Avtomobillərin könüllü sığortası üzrə yığım və ödənişlər artıb – Həcm

17:33 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin 10 ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 31 954 min manat sığorta haqqı yığılıb, 10 552,3 min manat ödəniş edilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətəm yığımlarda 10,3%, ödənişlərdə isə 0,3% artım qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər