Bir gündə 45 ölü, 4260 yeni yoluxma – Gürcüstanda vəziyyət kritikləşir

12:32 - 3.12.2020


3 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 4 260 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, son sutkada virusdan 45 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 387 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən 2 947 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 147 636 nəfərə çatıb. Onlardan 124 568 nəfəri isə tam olaraq sağalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər