Sabah BTQ qatarı ilə ixracat yükləri Çinə yola düşəcək - İlk dəfə

16:18 - 3.12.2020


3 dekabr, Fineko/abc.az. Sabah İstanbuldan Çinə ilk ixracat qatarı yola çıxacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "Türkiyə Dövlət Dəmir Yolları" Nəqliyyat Anonim Şirkəti məlumat yayıb.

Qeyd olunub ki, 42 konteyner soyuducu daşıyacaq qatar Marmaray, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edəcək. Daha sonra isə Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan və Çinin Sian şəhərinə qədər olan 8 693 kilometr yol qət edəcək və Çinə 12 günə çatacaq.

 

Bütün xəbərlər