Bu lizinq şirkətinin direktoru işdən azad olundu

10:44 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. “NBC Lizinq” MMC-nin direktoru Orxan Mirzəyev vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Balabəy Rzayevə həvalə olunub. Xatırladaq ki, “NBC Lizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 950 manatdır.

Şirkətin təsisçiləri 40% payla ləğv prosesində olan “NBC Bank” ASC və 60% payla hər iki maliyyə qurumunun daxil olduğu “Nurgun Group” MMC-dir.

 

Bütün xəbərlər