Ermənistanda siyasi gərginlik dərinləşməkdədir - Deputat mandatından imtina edir

11:43 - 4.12.2020


4 dekabr, Fıneko/ abc.az. Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistandakı daxili çəkişmə və siyası gərginlik hər gün dərinləşməkdədir.

ABC.AZ-ın məlumatına görə, Ermənistandakı hakimiyyətdən və siyasi vəziyyətdən narazı olan parlamentin üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək istəyində olduğunu açıqlayıb.

O qeyd edib ki, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər