Dünyanın nəhəng hava yolu şirkətində böyük ixtisar gözlənilir – Proqnoz

10:33 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Almaniya və dünyanın ən nəhəng hava yolu şirkətlərindən olan "Lufthansa"-da  böyük işçi ixtisarı gözlənilir.

ABC.AZ-ın məlumatına görə, şirkətin 2020-ci ilin sonuna qədər dünya üzrə cəmi 29 min əməkdaşını işdən çıxaracağı proqnozlaşdırılır.

Gələn il isə şirkətin Almaniyada təxminən 10 min nəfərin ixtisar ediləcəyi iddia edilir.

Qeyd edək ki, bundan əvvəl də "Lufthansa Group"-un səhmdar olduğu Eurovings, İsveçrə, Avstriya və Brüssel hava yolları pandemiya ilə əlaqədar personal sayını azaltmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər