Yevlax-Xankəndi dəmir yolu xəttinin bərpasına başlanılıb

11:18 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qurumdan qeyd olunub ki, Bərdə-Köçərli sahəsi hazırda işləyir.

QSC-dən əlavə edilib ki, digər aidiyyatı qurumlar ərazidəki zəruri işləri tamamladıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq.

 

Bütün xəbərlər