Azərbaycan Türkiyə ilə birgə vaksin istehsal edəcək? – Müzakirə

11:45 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Səhiyyə Nazirliyində bir sıra görüşlər keçirib.

ABC.AZ TƏBİB-ə istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə nazirinin müavini Emine Alp Meşe ilə görüşdə iki ölkənin birlikdə vaksin əldəetmə imkanları müzakirə olunub.

O cümlədən vaksinasiya strategiyası, ilk növbədə vaksin vurulacaq qrupların müəyyən edilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Bütün xəbərlər