Bakıda İtaliya-Azərbaycan Universiteti yaradılacaq – Prezidentdən açıqlama

15:14 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüş zamanı dövlət başçısı bir sıra məqamlara toxunub.

İ.Əliyev görüşdə deyib: "İtaliyaya dövlət səfərim çərçivəsində eyni zamanda təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra bu məsələ ilə bağlı müvafiq göstərişlər mənim tərəfimdən verilib.

Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir”.

 

Bütün xəbərlər