Gürcüstanda bir gündə 36 nəfər öldü – Koronavirus yayılmaqda davam edir

11:32 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Gürcüstanda bu günə olan yoluxma sayında yenidən artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 4 673 yeni yoluxma qeydə alınıb. Son sutkada virusdan 36 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1577 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 893 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 169.649 nəfərə çatıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər