Parada görə hərəkət sxemi dəyişdirilən avtobuslar - Siyahı

16:46 - 8.12.2020


8 dekabr, Fineko/abc.az. Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi-“28 May” m/st-sı, Nobel prospekti-Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumatda deyilir ki, qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

 

Bütün xəbərlər