TƏBİB-dən çağırış – Bu halda evdən çıxmayın

10:25 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq.

"Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər