Bu ölkədə 11 yanvardan peyvəndləmə başlayır – Vaksinlər ölkəyə gətirilib

11:40 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Britaniyadan sonra İsveç də koronavirusa qarşı hazırlanan peyvənddən istifadəyə hazırlaşır.

ABC.AZ-ın məlumatına görə, İsveç hökuməti “COVID-19” vaksini üçün 6 fərqli müqavilə imzaladığını açıqlayıb.

Qeyd olunub ki, firmalardan yollanan peyvəndlər vətəndaşlara 11 yanvardan etibarən vurulacaq.

Qeyd edək ki, bu günə qədər İsveçdə 297 min 732 nəfər koronavirusa yoluxub, 7200 nəfər vəfat edib.

 

Bütün xəbərlər