Dağıdılmış şəhərlərin bərpasına dair böyük planlarımız var – Prezident

15:18 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüşdə ölkə başçısı Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planların olduğunu qeyd edib.

İ.Əliyev sözlərinə belə davam edib: "Çünki bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var. Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə-yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir".

 

Bütün xəbərlər