Yerevanda bank direktorunun avtomobili partladılıb

15:51 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Yerevanda “Armekonombank”ın icraçı direktoru Aram Xaçatryanın avtomobili partladılıb.

ABC.AZ-ın məlumatına görə, hadisə A.Xaçatryanın avtomobili işə salması ilə baş verib.

Bir neçə metr hərəkət etdikdən sonra partlayış baş verib.

Polisin açıqlamasına əsasən, naməlum şəraitdə “Lexus” avtomobili partlayıb. İlkin məlumata görə, A.Xaçatryan xəsarət almayıb.

 

Bütün xəbərlər