Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əsla mübarizənin bitdiyi anlamına gəlmir – Ərdoğan

14:41 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi hazırda Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

ABC.AZ-ın məlumatına görə, paradda çıxış edən R.T.Ərdoğan Azərbaycanın torpaqlarını işğaldan azad etməsini əsla mübarizənin bitdiyi anlamına gəlmədiyini qeyd edib: “Bu günədək siyasi və hərbi sahədə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək. Ermənistan xalqı Qarabağda baş verənlərdən dərs çıxarsa, bu, bölgədə yeni bir dönəmin başlanğıcı olacaq”.

 

Bütün xəbərlər