Dövlət qurumu 1 milyon manata texnika alır

16:10 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl Bakı Şəhər Fəvvarələrin İstismar İdarəsinin keçirdiyi tenderin qalibinin adı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Bakı Şəhər Fəvvarələrin İstismar İdarəsi Nəqliyyat və xüsusi texnikaların satınalınması tenderində qalibin "AZ-TEX-IMPORT" MMC-nin olduğunu açıqlayıb.

Bakı Şəhər Fəvvarələrin İstismar İdarəsi qalib şirkətə 967 min 775 manat ödəyəcək.

Bütün xəbərlər