Əmək müqavilələrinin ümumi sayı 25% artıb – Hesabat

11:12 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Azərbaycanda məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb.

Onlardan 46%-i (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.

Müəllif: Elmir Murad

Bütün xəbərlər