44 günlük zəfərdən sonra yeni səhifə açılır – Ərdoğan

14:29 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Qarabağ zəfəri ilə Qafqaz tarixinin yeni bir səhifəsi açılır.

ABC.AZ-ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən bildirib.

O qeyd edib ki, inanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq.

"Üzərində çalışdığımız altılı platforma hər kəs üçün qazanc qazanma imkanları təmin edəcək bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, Ermənistanın qazancı burada xeyli artacaq. Bundan ən çox qazanan Ermənistan olacaq”.

 

Bütün xəbərlər