Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik - Prezident Fərman verdi

14:34 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Fərmana əsasən, Prezidentin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişiklik olunur.

Bununla yanaşı Fərmanla “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi nəzərdə tutulub.

 

Bütün xəbərlər