Bu ölkə beynəlxalq uçuşları bərpa edir

15:26 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Gələn ilin fevral ayından etibarən Gürcüstanda beynəxalq uçuşlara tətbiq olunan bütün məhdudiyyətlər aradan götürüləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin itqisadiyyat naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, hava limanlarının genişləndirilməsi üzrə infrastruktur layihələrin icrası dayandırılmayıb: “Kutaisi və Batumi aeroportlarının genişləndirilməsi layihələri yekunlaşmaq üzrədir. Yenilənən infrastruktur qonaqlar və vətəndaşlarlarımıza xidmət edəcək”. 

 

Bütün xəbərlər