Təhsil nazirliyində kadr islahatı – Təyinatlar

17:19 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Mehriban Vəliyeva bundan əvvəl Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

 

Bütün xəbərlər