Pandemiyada ölkədə 80 min yeni iş yeri açılıb – Mikayıl Cabbarov

14:21 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Pandemiya şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib.

Nazirin sözlərinə görə, açılan yeni iş yerləri özəl sektorda olan ümumi əmək müqavilələrinin 15%-dən çoxunu təşkil edir: "Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb və nümunə kimi, ölkənin strateji valyuta ehtiyatlarının demək olar dəyişməyən həcmini gətirib".

 

Bütün xəbərlər