Bu ölkələrdə koronavirus durmaq bilmir – Statistika

15:12 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Rusiyada son bir gündə 26 689 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində bu ölkədə 577 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 47 968 nəfərə çatıb.

Ermənistanda son sutka ərzində daha 438 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Daha 26 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 529-a çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

 

Bütün xəbərlər