Azərbaycanda vaksinlər pulsuz olacaq – Açıqlama

16:18 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Azərbaycanda pasiyentlər vaksinləri pulsuz əldə edəcək.

ABC.AZ-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O qeyd edib ki, vaksinlərin vurulması pulsuz olacaq: “Ölkədə vaksinasiya strategiyası hazırdı, yaxın günlərdə hökumət tərəfindən qəbul olunmalıdır. Vaksinasiya pulsuz həyata keçiriləcək. Risk qrupları müəyyənləşdirilib. İlk olaraq onlar vaksin olunacaq”.

 

Bütün xəbərlər