İlkin olaraq ölkəyə bu qədər vaksin gətiriləcək

16:26 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. İlkin olaraq əhalinin 10 faizi qədər vaksin alacağıq.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, üçüncü faza klinik təhqiqatların başa çatmasından sonra ölkələrin açıqladığı nəticələr əsasında Azərbaycan vaksinlə bağlı daha rahat qərar verəcək: “Hazırda ənənəvi vaksinlərin həyata keçirilməsinə tam hazırıq. Ancaq GAVİ-nin bizə təklif edəcəyi vaksinlərin daşınma, saxlanma və vurulması şərtlərinə uyğun hazırlaşmalıyıq. İlkin olaraq əhalinin 10 faizi qədər vaksin alacaq. Növbəti dövrdə əlavə vaksinlər də alınacaq”.

 

Bütün xəbərlər