Yoluxanların sayı sağalanların sayından çox oldu – Günün statistikası

14:57 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Bu gün koronavirus infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib. 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.

 

Bütün xəbərlər