330x110
 

Azərbaycanda bu qədər işsiz var – Hesabat

16.12.2020,15:32


16 dekabr, Fineko/abc.az. 2020-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 4 milyon 886,2 min nəfərini məşğul əhali təşkil edib. İşsizliyin səviyyəsi 7%, işsizlərin sayı 365.4 min nəfər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon  685,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,9 min nəfər, qeyri-dövlət sektorunda isə 770,4 min nəfər təşkil etmişdi.