Muzdla işləyənlər ən çox bu sahələrdə çalışıb – Hesabat

16:08 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bəzi sahələrdə çalışanların statistikasını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, dekabrın 1-nə olan vəziyyətə əsasən, iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 651,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,6% məhsul istehsalı sahələrində, o cümlədən 8,0% tikintidə, 7,7% emal sənayesində, 3,5% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0% mədənçıxarma sənayesində, 1,7% su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,5% təhsil, 18,2% ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7% inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5% nəqliyyat və anbar təsərrüfatı, 3,4% peşə, elmi və texniki fəaliyyət, 3,2% istirahət, əyləncə və incəsənət, 1,8% maliyyə və sığorta fəaliyyəti, 1,7% informasiya və rabitə, 1,5% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1% digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0% daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər