Gürcüstanda yoluxanlar azaldı - 31 ölən var

15:01 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində ölkə üzrə 2.981 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 2 001 nəfər sağalıb.

Bu gün virusdan 31 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1953 nəfər həyatını itirib.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 201.368 nəfərə çatıb. Onlardan 169.282 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər