Daha bir şirkət Bakıdan uçuşlara başlayacaq – Qiymət

15:18 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Uçuşlar Bakı-Kiyev reysi üzrə həyata keçiriləcək.

Uçuşların dekabrın 28-dən həyata keçiriləcəyi gözlənilir. Biletlərin qiyməti 496 manatdan başlayır.

 

Bütün xəbərlər