Gürcüstanda beynəlxalq uçuşlara tətbiq edilən qadağanın vaxtı uzadıldı

15:47 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlər 2021-ci ilin yanvarın 31-dək uzadılır.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, qərar hazırda Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan şəhərlərinə yerinə yetirilən birbaşa və Kutaisi hava limanından həyata keçirilən uçuşlara şamil edilmir.

Qeyd edək ki, gələn ilin fevral ayından etibarən ölkədə beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərin aradan götürüləcəyi gözlənilir.

 

Bütün xəbərlər