ÜST Azərbaycana tibbi maska göndərdi – Foto

17:07 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon tibbi maska təhvil verilib.

ABC.AZ xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilir ki, bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanılması davam edəcək.

 


Bütün xəbərlər