Ermənistanda aksiyalar ara vermir – Bu dəfə etirazlar Qafanda başlayıb

17:17 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Ermənistanda etiraz aksiyaları ara vermədən davam edir.

ABC.AZ-ın məlumatına görə, bu dəfə aksiyalar paytaxtdan xeyli kənarda başlayıb.

Etirazçılar Sünikin mərkəzi olan Qafan rayonunun yaxınlığından keçən yolu bağlayıblar.

Etirazçılar yolu bağlayaraq ölkədəki ümumi duruma və Qarabağ müharibəsindəki xəyanətkarların dərhal istefasını tələb edib.

Polis onlardan geri çəkilmələrini tələb etsə də, etirazçılar tələbləri yerinə yetirilənədək aksiyaların davam edəcəyini bildiriblər.

 

Bütün xəbərlər