Mersedes-Benz Braziliyadan gedir – Səbəb

11:33 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Almaniyanın avtomobil istehsalçısı Mersedes-Benz ciddi ixtisarlara başlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkət Braziliyanın İracemapolis şəhərindəki zavodunu bağlayır.

Şirkətin İdarə heyətindən bildirilib ki, buna səbəb Braziliyada illərdən bu yana davam edən çətin vəziyyət və  pandemiyanın yaşatdığı problemlərdir.

"Pandemiya vəziyyəti daha da çətinləşdirib və lüks avtomobil satışlarında ciddi azalma baş verib. Bu səbəbdən Braziliyada avtomobil istehsalını  dayandırmaq qərarı verdik", - deyə şirkətdən bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər