Karantində çayxana işlədənlər saxlanıldı

11:12 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Şabran polisi rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

 

Bütün xəbərlər