Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb – Hesabat

12:16 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri $204,2 milyon olan 21083 ədəd minik avtomobili ixrac olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, Azərbaycan qonşu ölkədən avtomobil idxalını illik müqayisədə 1163 ədəd və yaxud 5,8% artırıb.

 

Bütün xəbərlər