330x110
 

Bu ölkə də peyvənd istehsalına başlayır

21.12.2020,16:53


21 dekabr, Fineko/abc.az. Qazaxıstan yeni növ koronavirusa qarşı hazırlanmış “Sputnik V” peyvəndinin istehsalına başlayıb.

ABC.AZ-ın məlumatına görə, bunu ölkənin baş naziri Askar Mamin bildirib.

O, Karaganda Əczaçılıq Kompleksində rus vaksinin hazırlanmasına başladıqlarını vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanda peyvəndin tətbiqinin gələn ilin fevralında başlanılacaq.