330x110
 

Azərbaycanda peyvənd istehsal oluna bilər - Açıqlama

21.12.2020,17:20


21 dekabr, Fineko/abc.az. Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi Azərbaycanda istehsal oluna bilər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri, “R-Farma”nın direktorlar şurasının sədri Aleksey Repik bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində Azərbaycan nümayəndələri ilə “Sputnik V” peyvəndinin bu ölkədə istehsalı, eləcə də “Sputnik V”-nin “AstraZeneca” peyvəndi ilə kombinə olunmuş şəkildə klinik sınağı məsələlərini müzakirə edəcəklər.

“Proqram təkcə Rusiyada deyil, bir sıra ölkələrdə buraxılacaq. İndi biz kilinik tədqiqat layihəsini müzakirə etmək üçün Azərbaycana uçuruq. Yaxın Şərq, MDB-nin digər ölkələri də bu fəaliyyətə qoşula bilər”, - deyə A. Repik “Rossiya 24” kanalına müsahibəsində qeyd edib.