Bu ünvanda kirayə mexanizmi ilə mənzillərin satışına başlanıldı – Ayı 498 manata

17:33 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib.

Fonddan ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, yeni kompleks Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 40 mənzil təklif olunur.

Qeyd olunan yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 498 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır.

Kompleks üzrə mənzillər 1, 2 və 3 otaqlıdır.